Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mozambik Prezidenti Rusiyaya rəsmi səfər edəcək

Mozambik Prezidenti Rusiyaya rəsmi səfər edəcək


Mozambik Prezidenti Daniel Çapu oktyabr ayında Rusiyaya rəsmi səfərə gələcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Mozambikin Rusiyadakı səfiri Xose Mateus Muaria Katufa deyib.

"Rusiya ilə əməkdaşlıq üçün çoxsaylı yollar görürük. Bir sıra müvafiq sazişlərin imzalanması hələlik təxirə salınıb. Onlardan bəzilərinin bu ayın sonunda, prezidentimizin səfəri zamanı bağlanması planlaşdırılır", - deyə diplomat qeyd edib.

Səfir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Mozambik Prezidentini Rusiyaya rəsmi səfərə dəvət edib. Katufa vurğulayıb ki, bu səfər zamanı Mozambikdə işləmək və investisiya qoymaq istəyən şirkətlərlə çoxsaylı müqavilələr də imzalanacaq.

Anar
Xəbəri paylaş