
Moldova hakimiyyəti hərbi məqsədli dronların yerli istehsalını həyata keçirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Prezident Maya Sandu Kişinyovda Moldova parlamenti tərəfindən Şimali Atlantika Müqaviləsi Təşkilatı Parlament Assambleyası ilə əməkdaşlıqda təşkil edilən təhlükəsizlik seminarında jurnalistlərə bildirib.
"Məqsəd bu dronları burada istehsal etməkdir və hökumət buna nail olmaq üçün qanunda dəyişiklik etmək üzərində işləyir. İnanıram ki, bu qanun layihəsi tezliklə təsdiq üçün parlamentə təqdim ediləcək", - deyə Sandu bildirib.
O, qeyd edib ki, Müdafiə Nazirliyi lazımi avadanlıq və texnologiyanı əldə etmək üçün Qərb tərəfdaşlarından qrant alacaq. Lakin o, beynəlxalq bazarda bu cür avadanlıqlara yüksək tələbat nəzərə alınmaqla, ölkədə belə bir istehsalın qurulmasının asan olmayacağını qeyd edib.
Anar












































