
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Azərxalça” ASC-nin filialında səyyar qəbul keçirib.

Newscenter.az xəbər verir ki, qəbul zamanı filialda çalışan Nardaran sakinlərinin müraciətləri dinlənilib, onların əmək fəaliyyəti, sosial vəziyyəti və digər məsələlərlə bağlı qaldırdıqları problemlər müzakirə olunub.

Görüş zamanı səsləndirilən müraciətlərin aidiyyəti üzrə müvafiq dövlət qurumlarına çatdırılacağı və həlli istiqamətində tədbirlərin görülməsi üçün nəzarətdə saxlanılacağı bildirilib.

Süleyman












































