
Səudiyyə Ərəbistanı Hörmüz boğazından keçən servis neft daşımaları üçün uzunmüddətli müqavilələr üzrə danışıqlar aparır.
Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft daşımaq və sonra onu sulardan kənarda alıcıların gəmilərinə ötürmək üçün sözdə servislərdən istifadə edir. Agentlik qeyd edib ki, Səudiyyə neft şirkəti olan Saudi Aramco, bəzi alıcılara Hindistan sahillərində bir gəmidən digərinə neft daşımağa icazə verib. Çünki alıcılar təhlükəsizlik problemləri səbəbindən Oman körfəzinə yaxınlaşmaq istəmirlər.
Agentliyin məlumatına görə, danışıqların ilin sonuna qədər başa çatması gözlənilir və hələlik yekun qərar verilməyib.
Anar












































