
İsveç, ABŞ və Finlandiya Botniya körfəzinin cənubunda hərbi təlimlər keçirir.
Newscenter.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.
Təlimlər birgə hava hücumundan müdafiə, dəniz hədəflərinin vurulması, kiçik kalibrli sursatların istifadəsi və ortaq vəziyyət barədə məlumatlılığın inkişaf etdirilməsinə yönəlib.
Təlimlərdə Krallıqdan "Karlstad" korveti, Finlandiyadan "Hämeenmaa" minaaxtaran gəmisi və ABŞ-dan "Paul Ingnatius" esminesi iştirak edir.
Açıqlamada qeyd olunur ki, Botniya körfəzi, xidmət etdiyi dəniz yollarına görə İsveç, Finlandiya və NATO üçün böyük əhəmiyyət kəsb edir və bu yollar vasitəsilə həm sülh dövründə, həm də böhranlar və müharibələr zamanı böyük həcmdə yük və avadanlıq daşınır. İsveç və Finlandiya orada müntəzəm olaraq təlimlər keçirir, digər müttəfiqlərin iştirakı isə nadir haldır.
Anar












































