
Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyənin Antalya şəhərində təşkil edilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Asiya- Sakit Okean Kosmos Əməkdaşlıq Təşkilatının baş katibi Dr. Jiang Hui ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə sözügedən qurum ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanları müzakirə olunub.
Mənzil qərargahı Çinin paytaxtı Pekində yerləşən təşkilat rəhbəri Azərbaycanın quruma potensial üzvlüyünün üstünlükləri barədə fikirlərini bölüşüb. Azərbaycanda kosmik sənayenin inkişafı ilə bağlı əldə edilən nailiyyətlər barədə təşkilat nümayəndələri məlumatlandırılıb. Görüşdə belə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.
Süleyman












































