Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Ankaradakı terror aktından sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəsinin Türkiyə ilə həmrəy olduğunu bildirib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, telefon danışığı zamanı Əl Nahyan BƏƏ-nin Türkiyə və qardaş türk xalqının yanında olduğunu vurğulayıb.
BƏƏ prezidenti Əl Nahyan bəyan edib ki, terrorizmin bütün formalarına qarşı birgə beynəlxalq səylərə ehtiyac var.
Hücum zamanı yaralanan təhlükəsizlik qüvvələrinə tezliklə şəfa diləyən Əl Nəhyan Türkiyənin və qardaş türk xalqının hər cür şərdən uzaq olmasını, əmin-amanlıq və rifah içində yaşamasını arzulayıb.
Anar TAGİYEV