Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Xarı Bülbül Şuşa” klubu hazırlıqlarını Polşada davam etdirir

“Xarı Bülbül Şuşa” klubu hazırlıqlarını Polşada davam etdirir


Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu hazırlıqlarını Polşada davam etdirir.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, Avrokubokda debüt edəcək Şuşa təmsilçisi oktyabrın 11-nə kimi Polşada təlim-məşq toplanışı keçəcək və burada yerli komandalarla bir neçə yoxlama oyununda gücünü yoxlayacaq.

“Xarı Bülbül Şuşa” klubu beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq.

Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Spartak" (Miyava) klubu ilə görüş Bakıda GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.

Klublar arasında razılığa əsasən, Miyava təmsilçisi “Xarı bülbül”lə cavab oyununa da Bakıda çıxacaq. Slovakların nominal ev sahibi olacaq görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.

Oruc
Xəbəri paylaş