Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada 72 illik fabrik bağlandı

Yaponiyada 72 illik fabrik bağlandı


Yaponiyanın ən böyük polad istehsalçılarından biri olan "Nippon Seitetsu" fabriki tələbatın azalmasından dolayı 72 illik fəaliyyətinə son qoyub.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, sözügedən müəssisə II Dünya Müharibəsinin sonuna qədər İmperator Donanmasının əsas gəmiqayırma zavodu kimi fəaliyyət göstərib.

Həm dünyada, həm də Yaponiyada ən böyük polad istehsalçılarından biri kimi tanınan Nippon Seitetsu, müəssisələrində 3300 işçi çalışırdı.

Qeyd edək ki, Nippon Seitetsu əvvəllər tələbat azlığından istehsal həcmini azaltmışdı.

Anar TAGİYEV
Xəbəri paylaş