Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının Təbriz küçəsində yol təhlükəsizliyi səviyyəsi artırılıb

Bakının Təbriz küçəsində yol təhlükəsizliyi səviyyəsi artırılıb


Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 55 ("Bakı Konqres Mərkəzi" MMC-nin yanı) ünvanında nizamlanan piyada keçidi təşkil edilərək yol təhlükəsizliyi səviyyəsi artırılıb.

Newscenter.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, görülən işlər çərçivəsində ərazidə svetofor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib, əlilliyi olan şəxslər üçün panduslar və çağırıcı qurğular quraşdırılıb, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib, müvafiq yol nişanlanması işləri həyata keçirilib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb.

Sona
Xəbəri paylaş