Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 27 990 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 17 288 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 074 müraciət daxil olub.
Newscenter.az İdarəyə istinadən bildirir ki, BŞTİ-yə 4 581 sənəd (vətəndaşlar tərəfindən 1 910 ərizə, Elm və Təhsil Nazirliyindən 554, digər qurumlardan 231, tabelikdə olan təhsil müəssisələrindən 1 288 məktub və 598 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 047 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, yerdəyişmə, işə qəbul və digər məsələləri əhatə edir.
Ruhiyyə Mehdiyeva