Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib

Səbinə Xasayeva  Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib



2023-cü il oktyabrın 4-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Newscenter-az xəbər verir ki, qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar Yeni Yasamal yaşayış massivində ( Dadaş Bünyadzadə, Məhəmməd Xiyabani, Əsəd Əhmədov və digər küçələrdə) münasib yerlərdə “BakıKart”ın yeni ödəniş terminallarının quraşdırılmasına, Məhəmməd Xiyabani kücəsi 54 ünvanda yerləşən dayanacaqda oturaçağın bərpa edilməsinə, Məhəmməd Xiyabani küçəsi 300 ünvanda istismara verilən(“Mahal” MTK-yə məxsusdur) 18 mərtəbəli yaşayış binasının sakinlərinə məxsus avtomobillərin həmin ərazidə yerləşən fərdi evlərin qarşısında dayanmasının qarşısının alınması üçün şlaqbaun qoyulmasına, Xarici Dairəvi yolu 22 ünvanda və Əsəd Əhmədov küçəsi istiqamətində olan yolda səki olmayan hissələrdə səkinin qurulmasına, təhlükəsizlik dirəklərinin(tumbaların) quraşdırılmasına, sözügedən ünvanda piyadaların rahat və fasiləsiz hərəkət etmələri üçün yaradılmış süni manelərin avtomobil tərəfindən zədələnməsi və qanunsuz olaraq park edilməsi səbəbindən sürücünün məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirin görülməsinə, qeyd olunan yol sahəsində həmin ərazinin işıqlandırılmasına və orada təhlükəsizlik kamerasının quraşdırılmasına, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına, vətəndaşlara əlillik dərəcəsinin verilməsinə, onların hüquqlarının qorunmasında qanunlara ciddi əməl edilməsinə, əhalinin sosial təminatının yaxşılaşdırılmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət
vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda iştirak edənlər göstərilən  diqqətə, səmimiyyətə görə minnətdarlıqlarını  ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.   

Qəbulda Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhrad Hacıyev və Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Hüseyn Abdullayev iştirak ediblər.

Anar Əliyev
Xəbəri paylaş