Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMİP Avropa Parlamentinə öz etirazını bildirəcək

AMİP Avropa Parlamentinə öz etirazını bildirəcək


Azərbaycan Milli İstiqlal Partiyası Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qətnaməylə bağlı sözügedən quruma öz mövqeyini çatdıracaq.

Bu barədə məlumatı Newscenter.az-a partiyanın Siyasi Şurasının üzvü, AMİP liderinin köməkçisi Əli Oruclu bildirib. Əli Oruclu deyib:

"Azərbaycan Milli İstiqlal Partiyası Avropa Parlamenti iləsıx əməkdaşlıq edir və partiya qəbul olunmuş bu qətnamə ilə bağlı mövqeyini tərəfdaşlarına rəsmən bildirəcək".

Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Avropa İttifaqını Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoyulmasına, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamə qəbul edib.

Mehman Mehdiyev
Xəbəri paylaş