“Avropa Parlamentinin məlum qətnaməsinin qəbulu heç şübhəsiz ki, regionda destruktiv mövqe sərgiləyən Fransanın və ondan heç də geri qalmayan Almaniyanın təşəbbüsü və təzyiqləri ilə baş tutub”.
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. AMİP funksioneri bunları qeyd edib:
“Nəzərə alaq ki, hər iki dövlətin Avroparlamentdə deputat sayı 200-ə yaxındır və təsir imkanları böyükdür”.
Əli Oruclu hesab edir ki, bu cür təzyiq və hədə ilə Azərbaycanı haqlı və ədalətli mövqeyindən çəkindirmək, öz doğru yolundan döndərmək mümkün görünmür:
“Yaxşı olardı ki, Qərb sülhə və təhlükəsizliyə dəstək verə və buna mane olan səbəblərə qarşı birgə səylərə qoşulaydı”.
Anar Əliyev