Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Məktəb rəhbərləri müasir idarəetmə səriştələrinə yiyələnməlidirlər”- Mehriban Vəliyeva

“Məktəb rəhbərləri müasir idarəetmə səriştələrinə yiyələnməlidirlər”- Mehriban Vəliyeva


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Yeniləşən məktəb” pilot layihəsinin təqdimat mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, təqdimat mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və layihənin tətbiq olunacağı təhsil müəssisələrinin direktoru iştirak ediblər.

BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə təhsilin müasirləşdirilməsi, yenilənməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqamətinin keyfiyyətin dayanıqlılığını təmin etmək və müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq üçün bütün potensial imkanların səfərbər edildiyini diqqətə çatdırıb.

Müasir təhsil sistemlərinin şagirdləri sürətlə dəyişən dünyaya uyğun hazırlamağı bacarmalı olduğunu deyən İdarə müdiri “Yeniləşən məktəb” pilot layihəsinin bu istiqamətdə atılacaq uğurlu bir addım olacağını söyləyib.

Layihə barədə ətraflı məlumat verən M.Vəliyeva bildirib ki, əsas məqsəd ümumi təhsil müəssisələrini yeni dövrün çağırışlarına uyğunlaşdırmaqla milli özünüinkişaf modelini yaratmaqdır. Qeyd edib ki, təhsil müəssisələrinin rəhbər heyətinin müasir idarəetmə sətiştələrinə yiyələnməsinə nail olmaq, sağlam rəqabətə əsaslanan inkişaf mexanizmləri qurmaq, korporativ mədəniyyətin formalaşmasına dəstək vermək, təhsil işçilərinin peşə intizamı, şagird nizam-intizamını təmin etmək, məktəbdaxili qiymətləndirməni pedaqoji tədqiqata çevirmək, icma, valideyn və məktəb birliyini təmin etmək və digər mühüm istiqamətlər layihənin əsas məqsədlərindəndir.

Daha sonra Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə layihə barədə təqdimatla çıxış edib. Layihənin ilkin olaraq 20 məktəbi əhatə etdiyini nəzərə çatdırıb və həyata keçiriləcək işlərə dair ətraflı məlumat verib.

Sonda məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş