Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Suriyanın şimalında hava əməliyyatı keçirib, 30 hədəf məhv edilib

Türkiyə Suriyanın şimalında hava əməliyyatı keçirib, 30 hədəf məhv edilib


Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyat həyata keçirilib.

Newscenter.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsul terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib.

Xatırladaq ki, Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.(report)
Xəbəri paylaş