Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında həyata keçirdiyi antiterror tədbirləri nəticəsində 150-dən artıq terrorçunu zərərsizləşdirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlayıb. Nazir bildirib ki, əməliyyatlar əsasən havadan həyata keçirilib və terrorçuların Suriya və İraqın şimalındakı sığınacaqlarına zərbələr endirilib.
Nazir “İndiyə qədər olduğu kimi, bundan sonra da terrorla mübarizəni artan təsir və sıx təzyiqlə davam etdirəcəyik”- deyə, vurğulayıb.
Yaşr Gülər deyib ki, uğurla həyata keçirilən bu əməliyyatlarda terror təşkilatının bir çox hədəfi, gəlir mənbələri və təşkilatın istifadə etdiyi obyektlər tam dəqiqliklə məhv edilib.
Anar TAGİYEV