Türkiyənin İzmir şəhərində 197 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az-ın Türkiyənin Sahil Mühafizə Komandanlığının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qeyri-qanuni miqrantlar İzmirdən su yolu ilə başqa ölkəyə keçməyə çalışırmışlar.
Qeyri-qanuni miqrantlar İzmirin Çeşmə və Foca sahillərində saxlanılıb. Hadisə ilə əlaqədar 3 nəfər həbs edildiyi halda, qeyri-qanuni miqrantlar isə İzmir Miqrasiya İdarəsinə təhvil veriliblər.
Anar TAGİYEV