Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

7,7 milyon avtomobil texniki baxışdan keçib

7,7 milyon avtomobil texniki baxışdan keçib


Cari ilin 8 ayında Türkiyədə 312 avtomobil texniki baxış məntəqəsində 7 milyon 732 min 60 avtomobil texniki baxışdan keçirilib.

Newscenter.az Türkiyınin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat Xidmətləri Baş İdarəsinin açıqlamasına istinadən bildirir ki, avtomobillər texniki baxışdan bu məqsədlə ayrılmış 312 məntəqədə keçib. Texniki baxışdan keçən avtomobillərin əksəriyyətində qüsurlar aşkar edilib. Ümumilikdə, müəyyən edilib ki, sözügedən avtomobillərdən 5 milyon 489 min 907-si yüngül nasaz, 1 milyon 993 min 352-si ciddi qüsurlu, 92 min 568-i təhlükəli, 156 min 233-ü isə qüsursuz olub.

Qeyd edək ki, Türkiyə daxilində 213-ü sabit, 76-sı səyyar, 17-si səyyar traktor və 6-sı motosiklet olmaqla ümumilikdə 312 yoxlama məntəqəsi fəaliyyət göstərir.

Natiq Orucov
Xəbəri paylaş