Qlobal miqyasda baş verən iqtisadi çətinliklər, yaşam tərzinin ağırlaşması Almaniyada əhalinin günlük həyatına təsirsiz ötüşməyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, son bir neçə ildə kommunal xərclərin bir neçə dəfə artması sadə almanları mənzilsiz edibş Belə ki, kommunal ödənişləri verməkdə çətinlıik çəkən almanlar mənzillərini dəyər-dəyməzinə satmaq məcbiriyyətində qalırlar.
Rəsmilərin verdiyi məlumata görə, hazırda öölkə üzrə evsizlərin sayı 372 min 60 nəfərdir. Bura müharibə səbəbindən Almaniyaya qaçanlar da daxildir. Onların sayı isə 130 min nəfərdir.
Bölgələr üzrə 84 min 690 nəfərlə ən çox evsiz vətəndaş olaraq Şimali Reyn-Vestfaliya əyaləti öndə gəlir. Sonrakı yerləri isə 76 min 510 nəfərlə Baden-Vürtemberq və 39 min 375 nəfərlə paytaxt Berlin tutur.
Anar TAGİYEV