Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada küçələrdə yaşayan evsizlərin sayı artır

Avropada küçələrdə yaşayan evsizlərin sayı artır


Avropa ölkələrində həyat şəraitinin getdikcə pisləşməsi, bununla paralel olaraq kommunal, kirayə xərcləri və mənzil xərclərinin artması evsiz avropalıların sayını bir qədər artırıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ən çox ciddi problem Fransa, İngiltərə, Almaniya və Belçikada qeydə alınıb.

Fransada evsizlər daha çox paytaxt Parisdə və ölkənin şimalındakı Lill şəhərindədir. Parisin demək olar ki, hər yerində küçələrdə yaşayan insanlara rast gəlmək olar. Bəzi evsiz insanlar itləri ilə küçədə qalırlar. Mənzil problemi ilə üzləşənlər Parisdəki körpülərin altında çadırlarda yaşayırlar.

Məlumata görə, Fransada 330 min evsiz insan var və təxminən 14,8 milyon insan mənzil problemindən əziyyət çəkir.

Anar TAGİYEV
Xəbəri paylaş