Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Dağ Yəhudiləri Dini İcmasının üzvləri İsrailin Bakıdakı səfirliyini ziyarət ediblər

Bakı Dağ Yəhudiləri Dini İcmasının üzvləri İsrailin Bakıdakı səfirliyini ziyarət ediblər


Bu gün Bakı Dağ Yəhudiləri Dini İcmasının üzvləri İsrailin Azərbaycandakı səfirliyi qarşısında dəhşətli terror nəticəsində həyatını itirən insanların xatirəsini ehtiramla anmış, dualar oxumuş, səfirliyin binası önünə gül dəstələri düzmüşlər.

Newscenter.az quruma istinadən bildirir ki, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev terror təşkilatının dinc əhalini qətlə yetirməsini təkcə İsrailə qarşı deyil, bütün bəşəriyyətə qarşı yönələn qanlı cinayət adlandırıb:

"Oktyabrın 7-də, yəhudi xalqının müqəddəs Şabat günündə HƏMAS silahlı terror qruplaşmasının İsrailə olan hücumunu biz qətiyyətlə pisləyir və qınayırıq.

Biz Dağ Yəhudiləri Dini İcması olaraq bütün dünya yəhudilərinə dərin hüznlə başsağlığı verir, terrorda həyatını itirənlərə Allah-Təaladan rəhmət diləyir, yaralananlara tezliklə şəfa tapmasını, əsir və girov saxlanılan vətəndaşların tezliklə azad olmasını müqəddəs arzu kimi Allah-Təaladan rica edirik"-deyə, Milix Yevdayev vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş