Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava yolu şirkətləri İsrailə uçuşları dayandırır

Hava yolu şirkətləri İsrailə uçuşları dayandırır


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı hücumdan sonra bir sıra beynəlxalq hava yolları şirkətləri bu ölkəyə uçuşları ləğv edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu sırada Birləşmiş Ştatlar, Fransa, Kanada, Polşa aviaşirkətləri ön sırada gedir.

Belə ki, Fransanın "Air France" aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə uçuşları dayandırdığınl bildirilib. "Royal Moroccan Airlines" isə İsrailə uçuşların oktyabrın 13-dək ləğv edildiyini açıqlayıb.

Kanadanın "Air Canada" aviaşirkəti Tel-Əvivə uçuşları dayandırdığını bəyan edib. "American Airlines" isə öz sərnişinlərinə 7-21 oktyabr tarixləri arasında Təl-Əvivə uçuşları dəyişmək hüququ verib. ABŞ-ın hava yolu şirkətlərindən biri olan United Airlines 7-14 oktyabr tarixləri arasında Tel-Əvivdəki Ben Qurion hava limanına uçuşlar üçün sərnişinlərinə eyni hüquq verdi. Polşanın milli aviaşirkəti LOT da oktyabrın 8-də Təl-Əvivə reyslərini ləğv edib.

Anar TAGİYEV
Xəbəri paylaş