Qəzza bölgəsindən İsrailə edilən hava hücumu zamanı xəsarət alanların sayı artıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı İsrailin Kanal-12 televiziyası yayıb. Bildirilib ki, hava hücumları zamanı yaralananların sayı 2315 nəfərə çatıb. Onlardan 365 nəfərinin vəziyyəti son dərəcədə ağırdır. İsrail mətbuatı HƏMAS-ın İsrailə hücumu nəticəsində həlak olanların sayının 700 nəfərə çatdığını iddia edir.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan İzzəddin Qəssam Briqadaları ötən gün İsrailə qarşı "Aksa Tufanı" adlı əməliyyata başlayıb və İsrailin iri şəhərlərinə raket hücumları təşkil edib.
Mehman Mehdiyev