"İsrailə HƏMAS-ın xain hücumunun arxasında hansı dövlət olursa-olsun, bu, terror hücumudur və buna dəstək verən ölkələr varsa, onlar da terror dövlətidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Yaxın Şərqdə baş verən proseslər barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, ilk növbədə bu terror aktının arxasında İran rejiminin olduğu şübhəsizdir:
"Hətta o qədər dünya ictimaiyyətini, beynəlxalq qanunları heçə sayırlar ki, açıq şəkildə bu terror aktının dəstəklədiklərini bəyan edir, bunu "SEPAH" rəhbərlərinin idarə etdiyini açıq göstərirlər. İran rejiminin terrorçu mahiyyətini ortaya qoyurlar".
Azər Qasımov hesab edir ki, bu hücumdan İran, Rusiya, Türkiyə kəşfiyyatı daxil İsrail, Amerika və Britaniya kəşfiyyatlarının da xəbəri olub:
"Hər kəs öz oyununu qurub və indi bu oyunlar həyata keçirilir. Nəticəyə əsasən dəqiq fikir bildirmək olacaq".
Anar Əliyev