Qlobal neft tələbatı getdikcə artacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yaydığı hesabatda belə qeyd edilir. Təşkilatın hesabatında bildirilir ki, 2045-ci ildə ötən əvvəlki illərlə müqayisədə neftə olan tələbat gündəlik 16 milyon barel artaraq 116 milyon barrelə çatacaq.
Qlobal təbii qaz tələbatının da 2045-ci ilə qədər gündəlik olaraq artacağı hesabatda əksini tapır.
Hesabata görə, təkcə 2028-ci ildə qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 10,6 milyon barel artaraq 110,2 milyon barrelə çatacağı gözlənilir.
Natiq Orucov