HƏMAS-ın İsrailə təşkil etdiyi hücumun arxasında hansısa qüvvələrin dayandığına dair müxtəlif fikirlər səslənməkdədir. Bu arada Tehran sözügedən terroru dəstəklədiyini bildirsə də, lakin burada Rusiya izi olduğuna dair versiyalar da səslənir. İddia edilir ki, Kreml Ukrayna cəbhəsindən Qərbin diqqətini yayındırmaq və Kiyevə Avropanın, Qərbin dəstəyini azaltmaq üçün HƏMAS-ın terrorunda maraqlı olub. Hətta Rusiya kəşfiyyatının İsrailin strateji və nisbətən az qorunan, hava hücumlarından müdafiə sistemlərinin zəif olduğu nöqtələrin koordinatlarını da qarşı tərəfə verdiyi iddia edilir.
Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı politoloq Azər Qasımov deyib ki, Rusiyanın maraqlarına bu hücumun cavab verdiyi və bu terror aktının arxasında Rusiyanın da əlinin olduğu faktını dolayısı ilə qəbul etmək mümkündür:
"Kiyevə Qərbin yardımlarının azalmasına nail olunmasının istənilməsi isə praktiki olaraq qismən doğru olsa da, əslində mümkünsüz işdir. Ukrayna müharibəsinin əsas məqsədi əgər Rusiyanı zəiflədib çökdürməkdirsə, bu, heç vaxt ikinci plana keçə bilməz. Qərb əlinə düşən fürsəti elə də asan əldən verməyəcək”.
Rusiyanın əlinin bu hücumda həqiqətən də olub-olmamasına gəlincı isə, Azər Qasımov hesab edir ki, bu mümkündür:
“Ən azı Rusiya kəşfiyyatının bundan xəbəri olmamış deyildir, hətta müəyyən məsələlərdə dəstək verməsi mümkündür".
Anar Əliyev