Müxtəlif ölkələr İsraildəki vətəndaşlarının təxliyəsinə başlayıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Yunanıstan 81 vətəndaşının İsraildən təxliyəsinə nail olub.
Yunanıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, iki fərqli turla İsrailə gedən 81 Yunanıstan vətəndaşı ölkəyə geri qayıdıb. Daha 68 nəfərin təxliyəsi üçün isə işlər davam edir.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı "Əqsa tufanı" adlı hücuma başlayıb. Hücum nəticəsində yüzlərlə şəxs həlak olub.
Mehman Mehdiyev