İsrailin HƏMAS-a qarşı Qızzada həyata keçirdiyi genişmiqyaslı əməliyyatlardan fələstinlilər də ciddi zuyan görüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə baş verənlərlə bağlı açıqladığı hesabatda belə qeyd edilir. Bildirilir ki, hərbi əməliyyatlar təkcə 260 min fələstinlini öz ev-eşiyindən didərgin salıb. Onlar daha təhlükəsiz yerlərə, Misir, İordaniya və Livana getməyə üstünlük veriblər.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumundan sonra İsrail Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Mehman Mehdiyev