Almaniya İsrailə hərbi dəstək göstərə bilər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius parlamentdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, eyni zamanda İsrailə humanitar baxımdan kömək edə biləcəkləri dərəcədə də təkliflər var.
Pistorius Almaniya vətəndaşlarının İsraildən təxliyəsinə gəlincə deyib ki, bununla bağlı Xarici İşlər Nazirliyi ilə təmasdayıq:
"Bu Xarici İşlər Nazirliyi tərəfindən veriləcək bir qərardır. Əgər belə bir vəziyyət yaranarsa, lazım olanı etməyə hər zaman hazırıq".
Mehman Mehdiyev