Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreyadan Şimali Koreyaya humanitar yardım

Cənubi Koreyadan Şimali Koreyaya humanitar yardım


Cənubi Koreya Şimali Koreyaya humanitar yardım göstərə bilər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi belə bir açıqlama verib. Nazirliyin açıqlamasında bildirilib ki, Seul hökuməti Şimali Koreyaya yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatının xətti ilə uzun illər Şimali Koreyaya milyonlarla dollarlıq humanitar yardım edib. Cənubi Koreya həmçinin 2018-2022-ci illərdə hökumət maliyyəsi və özəl təşkilatlar vasitəsilə Şimala təxminən 27 milyon dollar dəyərində ərzaq və dərman tədarük edib.

COVID-19 səbəbilə sərhədlərini bağlayan Şimali Koreyanın hazırda “ərzaq böhranı” ilə üzləşdiyi bildirilir. Bəzi xəbərlər göstərir ki, çoxlu insan ciddi qida çatışmazlığı səbəbindən aclıqdan əziyyət çəkir.

Mehman Mehdiyev
Xəbəri paylaş