Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-ı dəstəkləyən ölkələr kifayət qədər çoxdur

HƏMAS-ı dəstəkləyən ölkələr kifayət qədər çoxdur


“HƏMAS-ın atdığı addımları açıq və dolayısı ilə dəstəkləyən ölkələr kifayət qədər çoxdur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, ABŞ dövlət katibi Blinkenin ərəb liderləri ilə telefon danışıqlarını heç də müsbət qiymətləndirmək olmaz:

“Onlar ABŞ dövlət katibini razı sala biləcək heç bir fikir söyləməyiblər. Həmçinin İsrailə dəstək verən ölkələrin içində ABŞ da yer alıb. Bütün bunlar onu göstərir ki, proseslər davam edəcək. Proseslərin ən mürəkkəb mərhələsi hələ qarşıdadır”.

Ekspert qeyd edib ki, münaqişənin səbəblərini şərh etmək üçün çoxsaylı yanaşmalar var:

“Əslində bütün münasibətlər özündə böyük səbəbləri əks etdirir. Münaqişənin bu qədər böyük həcmdə olması sözsüz ki, bölgədə geosiyasi və geoiqtisadi maraqların toqquşmasından yan keçə bilməz. Burda həmçinin qütbləşməkdə olan güclərin geoiqtisadi maraqları baş vermiş vəziyyətə öz təsirini göstərib. Orta Şərqə sülhün gətirilməsi istiqamətində mühüm addımlar atılmışdır və yenidən münasibətlərin qurulması üçün İsrail və Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə bağlı xoşniyyətli planlar hazırlanan bir dönəmdə, yenidən bölgənin qan çanağına çevrilməsi heç də təsadüfi ola bilmədiyi düşüncəsindəyəm. Onu deyə bilərəm ki, önümüzdəki günlərdə daha aydın və məntiqə uyğun şəkildə vəziyyəti görmək və ciddi istinadlar vermək mümkün olacaqdır”.

Anar Əliyev
Xəbəri paylaş