Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hollandiyada türk siyasətçiyə təzyiq edilir-FOTO

Hollandiyada türk siyasətçiyə təzyiq edilir-FOTO


Hollandiyada türk siyasətçilərə qarşı təzyiqlər artıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Vətəndaş Hərəkatı Partiyasından (BBB) ​​parlament seçkilərində namizədliyini irəli sürməyi nəzərdə tutan Veenendaal Bələdiyyə Şurasının üzvü Yasin Makineli partiyanın mümkün namizədləri sıyahısından çıxarılıb.

Türk siyasətçi 1915-ci il qondarma erməni "soyqırımı"nı tanımadığı üçün belə bir təzyiqlə qarşılaşıb. Yasin Makinelı məlum qərarı şərh edərkən deyib:

"Onlar mənim dini-mənəvi dəyərlərimdən xəbərdar idilər və bu mövzularda heç bir geri addım atmayacağımı onlara çatdırdım. Həm sosial şəbəkələrdə, həm də çıxışlarımda fikirlərim, mövqeyim bəlli idi"

Anar TAGİYEV
Xəbəri paylaş