İordaniyada on minlərlə insan paytaxt Əmmanda küçələrə çıxıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, etirazçılar Qəzzaya və Fələstin müqavimətinə dəstək məqsədilə yürüş ediblər.
Müsəlman Qardaşlar Təşkilatının siyasi qanadı olan İslam Əmək Cəbhəsi Partiyasının dəvəti ilə keçirilən yürüş “Gurultulu tufan” şüarı ilə təşkil edilib.
Əmmandakı Əl-Hüseyni məscidi qarşısında başlayan yürüş Palm Meydanında davam edib.
Qəzza tərəfdarı və Fələstin müqavimət şüarları səsləndirən nümayişçilər İsrailin Əmmandakı səfirinin deportasiyasını və səfirliyin bağlanmasını tələb ediblər.
Anar TAGİYEV