Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşğul əhalinin sayı 667 min nəfər artıb

Məşğul əhalinin sayı 667 min nəfər artıb


Türkiyədə məşğul əhalinin sayında artım qeydə alınıb.

Newscenter. az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, keçən ilin avqust ayında məşğul əhalinin 31 milyon 19 min nəfər olduğu halda, bu ilin eyni dövründə bu göstərici 667 min nəfər artaraq 31 milyon 686 min nəfərə çatıb. Nəticədə ölkədə işsizlik nisbəti azalıb.

Hesabat dövründə kişilərin məşğulluğu 306 min artaraq 21 milyon 263 minə yüksəlib. Bu dövrdə qadınların məşğulluğu isə 10 milyon 62 mindən 10 milyon 423 minə yüksəlib. Məlumata görə, kişilər arasında işsizlik son 132 ayda ən aşağı səviyyəyə düşüb.

Anar TAGİYEV
Xəbəri paylaş