"Ermənistan Azərbaycana qarşı aparılan əsassız qarayaxma kampaniyasından çəkinməlidir".
Newscenter.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 11-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.
Nazir Azərbaycan tərəfinin sülh gündəliyi üzrə Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb.
Bu xüsusda, Ermənistan tərəfindən revanşizmə gətirə biləcək açıqlama və bəyanatların verilməsindən, ölkəmizə qarşı aparılan qondarma qarayaxma kampaniyasından çəkinməyin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə C.Bayramov Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib.
Həmçinin, erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı diqqətə çatdırılaraq BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub.
Müehman Mehdiyev