Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya kəşfiyyatı: "Ukrayna terrorçular və muzdlular üçün təlim meydanına çevrilib"

Rusiya kəşfiyyatı: "Ukrayna terrorçular və muzdlular üçün təlim meydanına çevrilib"


Böyük Britaniyanın xüsusi təyinatlıları Ukrayna hərbi kəşfiyyat qruplarına Rusiyanın nüvə stansiyalarında təxribat həyata keçirmək üçün təlim keçib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov belə bir iddia ilə çıxış edib.

Rusiya kəşfiyyatının avqust ayında Ukraynada təxribat və kəşfiyyat qrupu üzvlərini ələ keçirdiyini xatırladan Bortnikov, bu qrupların xüsusilə Smolensk və Kursk Atom Elektrik Stansiyalarında təxribat etmək planlarının olduğunu deyib.

Ukraynanın Qərb ölkələrinin səyləri ilə dünyanın müxtəlif ölkələrindən olan terrorçular və muzdlular üçün təlim meydanına çevrildiyini iddia edən Bortnikov, “Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən Ukraynada bu ölkənin silahlı qüvvələri üçün 17 silahlı təlim düşərgəsi yaradılıb", deyə-bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş