Türk Hava Yollarının (THY) sərnişin daşımasında yenidən artım qeydə alınıb.
Newscenter.az şirkətin rəsmi internet səhifəsinə istinadən bildirir ki, sentyabr ayında THY-nin sərnişin daşımasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artım qeydə alınıb və nəticədə keçən ay THY təyyarələri ilə 7,9 milyon sərnişin daşınıb.
2022-ci ilin sentyabr ayında beynəlxalq transfer səfərləri zamanı sərnişinlərinin sayı 2,3 milyon olduğu halda, bu ilin eyni dövründə 14,6 faiz artaraq 2,7 milyona çatıb.
Qeyd edilən müddətdə yük və poçt daşımalarda da artım qeydə alınıb. Belə ki, 2022-ci ilin sentyabr ayında daşınmış yük və poçtun həcmi 145,4 min ton olduğu halda, 2023-cü ilin eyni dövründə 3,4 faiz artaraq 150,3 min ton olub.
Anar TAGİYEV