Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskidən NATO qərargahına gözlənilməz ziyarət

Zelenskidən NATO qərargahına gözlənilməz ziyarət


Ukrayna prezidenti Vladimir Zelenski gözlənilməz halda Belçikaya səfər edərək NATO-nun Müdafiə Nazirləri Toplantısının keçirildiyi qərargaha gəlib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə NATO-ya gələn Zelenskini qərargahın qarşısında Hərbi Alyansın baş katibi Yens Stoltenberq qarşılayıb. Səfəri barədə qısa məlumat verən Ukrayna prezidenti NATO ölkələrinin müdafiə nazirləri ilə ölkəsinin prioritetlərini müzakirə edəcəklərini bildirib.

Prioritetlərinin hava hücumundan müdafiə sistemi olduğunu bildirən Zelenski, “Enerji şəbəkəsini və taxıl tranzit yollarını qorumaq üçün ərazimizin konkret coğrafi nöqtələrində hava hücumundan müdafiə sistemlərini yerləşdirməliyik”, deyə-bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş