"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani İsrail və HƏMAS arasında vasitəçilik edərək mövcud gərginliyin azaldılmasında mühüm rol oynaya bilərlər".
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolz Bundestaqda çıxışı zamanı səsləndirib. Alman kansler "Bizim mesajımız aydındır, İsrailə hücum etmək bağışlanmaz bir səhv idi", deyə-fikirlərini bildirib.
Olaf Şolz bu məqsədlə gələn həftə İordaniya kralı ilə də görüşəcəyini bildirib .
Mehman Mehdiyev