Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada HƏMAS-ın fəaliyyətinə qadağa tətbiq ediləcək

Almaniyada HƏMAS-ın fəaliyyətinə qadağa tətbiq ediləcək


HƏMAS-ın Almaniyada fəaliyyətinə qadağa qoyulacaq.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolz ölkənin daxili işlər nazirinə tapşırıq verib.

Kansler Almaniyada HƏMAS-ın hücumlarını qeyd edənləri də kəskin tənqid edib və onların məsuliyyətə cəlb edilməsini zəruri hesab edib:

"Ölkəmizdə başqa biabırçı görüntülər də var idi. Küçələrimizdə HƏMAS terrorunu qeyd edən kişi və qadınların görüntüləri. Onlar İsrailə, yəhudi dostlarımıza və vətəndaşlarımıza qarşı nifrətlərini ortaya qoyurlar. Bu, alçaqlıqdır. Bu, qeyri-insani davranışdır. Bu bir ölkə olaraq bizim sadiq olduğumuz bütün dəyərlərə ziddir".

Almaniyada antisemitizmə əsla dözməyəcəklərini ifadə edən Şolz, HƏMAS-ı tərifləyənlərə qarşı cinayət işi açıla biləcəyini də deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş