Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb

Azərbaycan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb


İkinci Qarabağ müharibəsində tarixi zəfərimizlə torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərdə yeni həyatın canlanması, azad edilən şəhər və rayonlarda geniş miqyaslı quruculuq-abadlıq işlərinin aparılmasına imkan yaradıb. Qısa müddətdə azad edilən ərazilərdə görülən beynəlxalq təşkilatların da marağına səbəb olub. Elə bu səbəbdəndir ki, əksər beynəlxalq təşkilatlar öz tədbirlərinin azad edilən ərazilərdə keçirilməsinə heç bir etiraz etmədən razılıq verirlər. Bu günlərdə Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi də bunun əyani sübutudur.

Newscenter.az-ın xəbərinə görə, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Möhbalıyev hesab edir ki, bütün bunlar həm də Azərbaycanın əldə etdiyi uğurlarla bağlıdır:

"Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub".

O deyib ki, ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub:

"30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb".

Anar Əliyev
Xəbəri paylaş