Birləşmiş Ştatlar prezidenti Co Bayden İsrailin baş naziri Nemyamin Netanyahuya xəbərdarlıq edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağ Ev rəhbəri İsrailin baş nazirinə Qəzzada həyata keçirilən hərbi əməliyyatlar zamanı müharibə qaydalarına uyğun hərəkət etməyin vacibliyini bildirib.
ABŞ-da yaşayan yəhudi icması liderləri ilə Ağ Evdə görüşən Bayden "İsrailin müharibə qaydalarına uyğun hərəkət etməsi həqiqətən vacibdir", deyə-vurğulayıb.
Bununla belə, İsrailə hərbi dəstəyi artırdıqlarını xatırladan Bayden, Dəmir Qübbəni yenidən təchiz etmək üçün İsrailə lazımı texnika göndərdiklərini, eyni zamanda ABŞ-ın təyyarə daşıyan donanmasını Şərqi Aralıq dənizinə yönəltdiklərini diqqətə çatdırıb.
Anar TAGİYEV