ABŞ-ın Corciya ştatındakı Atlanta Beynəlxalq Hava Limanında silahlı insdent yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əlində bıçaq olan bir qadın hava limanına daxil olaraq ətrafdakılara bıçaqla zərbə vurub. Nəticədə 3 nəfər bıçaq zərbələrindən xəsarət alıb.
Yaralananlar arasında polis və taksi sürücüsü də var. Hava limanına hücum edən şəxs nəzarət altına alınıb. Yaralılar isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hücumun səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Anar TAGİYEV