HƏMAS-ın İsrailə hücum təşkil etdiyi ilk saatlardan bu hücumun arxasında İranın dayanması barədə iddialar ortaya atıldı. Ötən günlər ərzində cərəyan edən proseslər və Tehranın baş verən hadisələrə reaksiyası irəli sürülən iddiaların doğru olduğu gerçəkliyini ortaya qoydu.
Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də deyir ki, Qəzza zolağını qan gölünə çevirən İsrailə səbəb verən HƏMAS, bunu etməklə İranın çirkin siyasətini həyata keçirdi. Ekspertin qənaətincə, HƏMAS-ın İsrailə həmlə etməsinin səbəbi də, bunun arxasında geosiyasi maraqlar baxımından, gizli sövdələşmənin dayanma ehtimalıdır:
"ABŞ-ın İsrailə dəstək və yardım göstərməsi onun strateji tərəfdaşlıq baxımından borcu hesab edilə bilər. Amma Vaşinqton, öz geosiyasi maraqlarını da təmin etmək məqsədilə İsraili belə odun içinə atmağa hazırdır. Çünki, ABŞ üçün vazkeçilməz nə dost var, nə də müttəfiq. ABŞ dünyanın yeganə ölkəSİdir ki, bütün coğrafiyalarda nə özündən güclü dost, nə də düşməninin olmasını istəmir. Bu baxımdan Yaxın Şərqdə baş verənlərin arxa planında hədəf kimi, İsraillə paralel daha başqa ölkələrin taleyi masaya qoyulub. BurAda İsrailin düzgün olmayan siyasəti, onun özünü bədəl ödəməyə məcbur qoydu və zavallı Fələstin xalqı isə haqsız olaraq alət edildi".
Anar Əliyev