İsrailin Qəzzaya havadan və qurudan hücumu nəticəsində həlak olan fələstinlilərin sayı hər ötən gün artmaqdadır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrailin hücumundan həlak olan fələstinlilərin sayı 1200-ə çatıb.
Fələstinin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 5 minə yaxın mülki şəxsin də yaralandığını açıqlayıb. Nazirlik bildirib ki, həlak olanların əksəriyyəti uşaqlar, qadınlar və qocalardır.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından İsrailə raket hücumundan sonra Təl-Əviv Qəzzadə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Mehman Mehdiyev