Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Marketə silahlı hücum edildi

Marketə silahlı hücum edildi


Türkiyədə marketlərdən birinə silahlı basqın edilib.

Newscenter.az yerli mediaya istinadən bildirir ki, hadisə İstanbulun Esenyurt bölgəsində qeydə alınıb. Belə ki, motosikletlə marketə yaxınlaşan naməlum şəxslər içəriyə doğru atəş açıblar. Hadisə zamanı marketdə bir neçə satıcı və müştəri olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. İstanbul polisi cinayətkarları tutmaq üçün əməliyyata başlayıb.

Hələlik silahlı hücumun hansı səbəbdən baş verdiyi açıqlanmır.

Mehman Mehdiyev
Xəbəri paylaş