Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nigeriyada sel 33 nəfərin həyatına son qoydu

Nigeriyada sel 33 nəfərin həyatına son qoydu


Nigeriyada leysan yağışlar və sel daşqınları 33 nəfərin həyatına son qoyub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, təbii fəlakət daha çox Nigeriyanın Adamava əyalətinə ziyan vurub.

Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş katibi Dr. Məhəmməd Əmin Süleyman daşqınlar nəticəsində çoxlu sayda insanın itkin düşdüyünü də qeyd edib.

Sel nəticəsində 1600 evin su altında qaldığını bildirən rəsmi, bölgədə qurulan 11 yardım düşərgəsində 9 min 960 adamın sığındığını bildirib.

Mehman Mehdyev
Xəbəri paylaş