Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaz regionuna marağı nə dərəcədə arxa plana keçirir?

Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaz regionuna marağı nə dərəcədə arxa plana keçirir?


"Yaxın Şərqdəki qarşıdurma tək Cənubi Qafqazı yox, eyni zamanda, Ukrayna müharibəsini belə arxa plana keçirsə də, bu, müvəqqəti haldır. Beynəlxalq güclər hər zaman bir neçə məsələni gündəmində tutmağı bacarırlar. Odur ki, hesab edirəm Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanması məsələsi yenə də gündəmdədir, hətta proses daha sürətlə davam edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Rusiyanın Qərbə erməni məsələsi ilə əlaqəli həll üçün əməkdaşlıq təklif etməsi və Türkiyədə bir müddət öncə tərəflərin görüş keçirməsi fonunda onu deməyə əsas verir ki, prosesin nəticə ilə başa çatması tərəflərin planları daxilindədir. Amma bundan sonra oynanılacaq oyunlar daha maraqlı olacaq:

"Azərbaycanın təbii ki, şərtləri müəyyən edən ölkə kimi bu oynlardan zərərsiz çıxacağı şübhəsizdir. Sülhün olması region üçün müsbət hal olsa da, Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Bu baxımdan, Azərbaycanın sülh üçün xüsusi canfəşanlıq göstərməsinə ehtiyac yoxdur. Ermənistan və havadarları sülh istəyəcəklərsə, Azərbaycanın istəklərini həyata keçirməlidirlər".

Anar Əliyev
Xəbəri paylaş