Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 il əvvəl səsləndirilmiş bu qətiyyətli fikirlər artıq reallığa çevrilib

20 il əvvəl səsləndirilmiş bu qətiyyətli fikirlər artıq reallığa çevrilib


Son 20 ilin sosial-iqtisadi göstəriciləri, diplomatik və hərbi sahədə əldə etdiyimiz tarixi zəfərlər onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə dövlət başçısı kimi and içərkən verdiyi bütün vədləri yerinə yetirib. Ölkəmizin bu günkü durumu, regional və qlobal aspektdə liderə çevrilməsi fonunda bunu aydın görmək mümkündür.

Elə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, hakim partiya rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyevin 2003- cü il oktyabrın 31- də keçirilmiş andiçmə mərasimindəki nitqindən bir məqama diqqət yetirsək, deyilənlərin reallıq olduğunu görə bilərik:

“Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir” fikirləri dövlət başçımızın uzaqgörənliyindən, praqmatik düşüncə sahibi olmasından xəbər verir. 20 il əvvəl səsləndirilmiş bu qətiyyətli fikirlər artıq reallığa çevrilib:

"Bəlkə də o zaman çoxları, o cümlədən mənfur qonşumuz - işğalçı Ermənistan, erməni lobbisi, həmçinin təcavüzkarın havadarları bu fikirləri istehza ilə qarşılaşmışdılar. Axı, o vaxt Ermənistanın havadarları bütün vasitələrlə ölkəmizə qarşı təzyiqlər edir, ərazilərimizin düşmən tərəfindən işğalına köməklik göstərirdilər. Ancaq unudurdular ki, bu işğal əbədi ola bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Və son 20 il – qalibin məğlub üzərində qələbəsinin qalib lideri Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı necə mahir doplomat və sərkərdə qabliyyətini ortaya qoydu. 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci ili tariximizə Qələbə ili kimi yazıldı".

Anar Əliyev
Xəbəri paylaş